Moped oğurlayanlar saxlanıldı

Moped oğurlayanlar saxlanıldı
KRİMİNAL
10:48 27.01.2026
363
Sabunçu rayonunda moped oğurlayanlar saxlanılıblar.

AZXEBER.COM xəbər verir ki, paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
 
Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini taladığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR