Moped sürənlərin nəzərinə - 100 manat cərimələnə bilərsiniz - VİDEO

Moped sürənlərin nəzərinə - 100 manat cərimələnə bilərsiniz - VİDEO
SOSİAL
11:16 01.03.2021
723
Yollarda yeni təhlükə. Onlayn xidmətlərin çoxaldığı bir dönəmdə sifarişi ünvana vaxtında çatdırmağa çalışan moped sürücüləri yollarda qəza şəraiti yaradır. Onların anidən etdiyi manevrlər əsas avtomobil sürücülərini ciddi narahat edir. Məsələyə Bakı şəhər Dövlət Yol Polisindən də münasibət bildirilib.

Kimi işıqforun qırmızı işığına məhəl qoymadan yoluna davam edir, kimi də hərəkət üçün piyada səkilərini seçir.

Yolun əks istiqaməti ilə gedərək qəza şəraiti yaradanlar da var.

Onların bir fikri var - verilən sifarişi ünvana vaxtında çatdırmaq. Elə bu məqsədlə də çıxdıqları yolda düz-səhv bilmədən hərəkət edirlər.

Moped sürücüləri isə tam əksini düşünür. Onların iştirakı ilə yollarda baş vermiş qəzalara görə özlərini yox, avtomobil sürücülərini günahlandırırlar.

Bu mopedlərin heç birinin dövlət qeydiyyat nömrəsi yoxdur. Onları idarə edənlərdən sürücülük vəsiqəsi də tələb olunmur. Məsələ Bakı şəhər Dövlət Yol Polisini də narahat edir. Qurumun rəsmisi Araz Əsgərlinin sözlərinə görə, Yol hərəkəti haqqında qanuna əsasən, mopedçilər və velosipedçilər yolda olan digər hərəkət iştirakçıları kimi vəzifə və hüquqlara malikdirlər.

Belə ki, qanunun 46-cı maddəsinə görə, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.

Piyadalar üçün maneə yaratmamaq şərtilə velosipedlərin yol çiyni ilə hərəkətinə icazə verilir. Araz Əsgərli bildirdi ki, moped və velosiped sürücüləri üçün qaydalar olmasına baxmayaraq, son vaxtlar əksər sürücülər bu qaydalara əməl etmirlər.

Qeyd edək ki, İnzibati xətalar məcəlləsinin 338-ci maddəsinə görə, mopedçilər törətdikləri qayda pozuntularına uyğun olaraq 20-100 manat arasında cərimə oluna bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev