"Moskva göz yaşlarına inanmır" filminin qəhrəmanı vəfat edib

"Moskva göz yaşlarına inanmır" filminin qəhrəmanı vəfat edib
DÜNYA
16:09 25.12.2025
133
Moskva göz yaşlarına inanmır filminin qəhrəmanı vəfat edib
Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

Bu barədə A. S. Puşkin adına Moskva Dram Teatrından bildirilib.

KİV-in məlumatına görə, Alentova son bir neçə ay hipertonik ürək xəstəliyinin kəskinləşməsindən əziyyət çəkib.

Məşhur aktrisa həmkarı, "Tanrıların qısqanclığı" filmindəki tərəf müqabili Anatoli Lobotskinin dəfnində özünü pis hiss edib. Aktrisa təcili xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Alentova kinoda 1965-ci ildə debüt edib. Onun ən məşhur kino işlərindən Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" melodramasında Katerina, Yuli Rayzmanın "Arzular vaxtı" dramasında Svetlana Vasilyevna və Menşovun "Tanrıların qısqanclığı" melodramasında Sonya obrazları yer alır.

/report
OXŞAR XƏBƏRLƏR