Moskvada Azərbaycan diasporunun rəhbəri güllələndi

KRİMİNAL
00:42 13.11.2013
2497

Yaşadığı evin girişində silahlı hücuma məruz qalan Mais Qurbanov yaxınlıqdakı kafeyə kimi qaçaraq kömək istəyib

"Rusiyada silahlı hücuma məruz qalmış diaspor rəhbəri Mais Qurbanov yaxınlıqda yerləşən kafeyə qədər qaçıb, orada kafenin işçiləri ona yardım ediblər, təcili yardım və polis çağırıblar". Rusiya Miqrantlar Federasiyasının prezidenti Macumder Muhammad Əmin “RİA Novosti”yə bildirib ki, Mais Murdalı oğlu Qurbanov Federasiyada vitse-prezident vəzifəsini tutur və MDB ölkələrinin vətəndaşları ilə iş məsələlərinə nəzarət edir. O, Moskvada millətçilərin xarici vətəndaşlara hücumunu açıq tənqid edirmiş. Noyabrın 4-də “Rus marşı”na əks olaraq hazırlanan “Miqrantlar maşı”nın təşkilatçılarından olub. Amma hakimiyyət “Miqrantlar marşı”na icazə verməyib. Onun sözlərinə görə, M.Qurbanov yaşadığı evin girişində hücuma məruz qalıb. Belə ki, giriş qapısının kodunu yığan zaman arxadan ona atəş açılıb. Saat 19:27

Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlı Mais Qurbanova bu gecə atəş açılıb. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, hadisə noyabrın 12-də onun Moskvada onun yaşadığı Novokosino rayonunda yerli vaxtla saat 01:30-da baş verib. Moskva polisinin verdiyi məlumata görə, naməlum adam məlum olmayan travmatik silahla onun kürək nayihəsinə atəş açıb. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb. Rusiya Miqrantlar Federasiyasının başçısı Məhəmməd Əmin atəş açanların dörd nəfər gənc olduğunu bildirib. Mais Qurbanov özü də polisə ifadə verib və ona güllə atanları təsvir edib. Onun sözlərinə görə, atəş açan qız olub. Mais Qurbanov hazırda xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağır dəyərləndirilir, amma aldığı yara üzündən xeyli qan itirib. Millətçilik əleyhinə çıxışları ilə tanınan Qurbanov internet fasitəsi ilə radikal rus millətçilərindən indiyə kimi çox təhdid alırdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq