Moskvada hava limanları bağlandı: Ukrayna dronlarının hücumları

Moskvada hava limanları bağlandı: Ukrayna dronlarının hücumları
DÜNYA
13:27 17.03.2024
259
Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Buna səbəb Ukrayna dronlarının Moskva şəhəri və Moskva vilayəti ərazilərinə hücumları olub.

Bildirilir ki, qərar mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verilib.

Hazırda hava limanları ilə bağlı onlarla aviareys təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR