Moskvada iki azərbaycanlı güllələnib

Moskvada iki azərbaycanlı güllələnib
KRİMİNAL
17:17 24.12.2013
1888

Moskvada avtomobildə güllələnən sürücü və sərnişin Azərbaycan əsillidir.

Bunu çərşənbə axşamı RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Mənbə bildirib ki, atəşə məruz qalmış azərbaycanılılar qardaşdırlar və Moskvada "qara inkassatorlar" qismində işləyiblər.

Mənbənin sözlərinə görə, bu gün cinayətkarlar iki xarici markalı avomobildə azərbaycanlıların olduğu maşının qarşısını kəsərək atəş açıblar.

Nəticədə bir nəfər ölüb, digəri isə yaralanıb. Cinayətkarlar avtomobillərdən birini qoyaraq digərinə minərək hadisə yerindən uzaqlaşıblar. Aparılan tədbirlər nəticəsində onların olduğu ikinci avtomobil də tərk edilmiş vəziyyətdə tapılıb. Məlumata görə, azərbaycanlıların olduğu avtomobildən əmlak oğurlanıb.(trend)

OXŞAR XƏBƏRLƏR