Moskvada insan oğruluğu ilə məşğul olan azərbaycanlılar tutuldu

DÜNYA
18:00 25.12.2012
1601

APA-nın Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər işsiz Azərbaycan vətəndaşlarıdır. Onlardan biri daha əvvəl törətdiyi cinayət səbəbindən axtarışda olub. 

İnsan oğurluğu hadisəsi dekabrın ortalarında baş verib. Moskvada 4 naməlum şəxs zərərçəkmişi döyüblər və qarnına travmatik silahla atəş açıblar. Daha sonra onu güclə minik avtomobilinə qoyaraq aparıblar. Bu zaman cinayətkarlar onun 1 milyon rubldan çox pulunu götürüblər. Ardınca yaxınlarına zəng edərək 25 milyon rubl tələb ediblər. Daha sonra məbləği 15 minə endiriblər. Girovu isə sutka ərzində əlləri bağlı, başına torba keçirilmiş vəziyyətdə saxlayıblar.

Hadisə ilə bağlı Rusiyan Cinayət Məcəlləsinin insan oğurluğu maddəsi ilə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR