01:46 Bazar Günü, 18 Noyabr 2018
SİYASƏT

Moskvada təhsil alan yüksək çaplı məmurlar kimlərdir? - Onları siz də tanıyın!

14:52, 07.11.20189629
Moskvada təhsil alan yüksək çaplı məmurlar kimlərdir? - Onları siz də tanıyın!
Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə yüzlərlə gəncimiz SSRİ-nin aparıcı universitetlərində təhsil almaq üçün xaricə göndərildi. Hazırda dövlət rəhbərliyində təmsil olunan məmurlar, ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri arasında həmin kadrların sayı kifayət qədərdir.

AZXEBER.COM SSRİ dövründə Moskvada təhsil almış məmurlarla bağlı araşdırma aparıb.

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1977-1982-ci illərdə burada təhsil alan İlham Əliyev 1985-ci il bu insitutun aspiranturasını bitirib. Elə həmin ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.
 

 


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profliaktika fakültəsinə daxil olsa da, sonradan təhsilini M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib. 1988-ci ildə qırmızı diplomla bu insitutu bitirən Mehriban Əliyeva 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
 

 


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alsa da, sonradan yolunu Moskvadan salıb. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetində dissertasiya müdafiə edib. Akademik Ramiz Mehdiyev ömrünün dörd ilini Moskvada keçirib.
 

 


Birinci vitse-prezident Katibliyinin rəisi Altay Həsənov Bakı Dövlət Universitetinin Filalogiya fakültəsində ali təhsil alsa da,daha sonra təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1983-cü ildə həmin universitetin Filologiya fakültəsini bitirib. 1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. Bu müddətdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.
 

 


Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov M. V. Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Bu universitetin Tarix fakültəsində ali təhsil alan gələcək məmur bir müddət elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Naxçıvan Dövlət Universitetində çalışan Əli Həsənov burada tədris şöbəsində inspektor, baş laborant, müəllim kimi çalışıb. Tarix elmləri doktoru, professordur.
 

 


Baş nazirin müavini Əli Əhmədov Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1970-1975-ci illərdə Moskvada yaşayan Əli Əhmədov sonradan Bakıya dönüb və 1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 
 

 


Ədliyyə naziri Fikrət Məmmədov 1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Daha sonra Bakı Ali Partiya Məktəbində ikinci ali təhsil alan gələcək nazir Ümumilli Lider Heydər Əliyen dəstəyilə Moskvaya oxumağa göndərilən gənclərin siyahısında olub. Universiteti bitirdikdən sonra öz ixtisası üzrə işləməyə başlayıb və rayon prokurorunun köməkçisi vəzifəsindən nazir vəzifəsinə qədər yüksəlməyi bacarıb.
 

 


Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alsa da, sonradan Moskvaya gedib. 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə  1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olub. 1981-ci ildə Moskvada dissertasiya müdafiə edib. Tibb elmləri doktoru, professordur.
 

 


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Ardınca Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunu olub. Əsas ixtisası fəlsəfə olsa da, daha çox iqtisadi sahələrdə çalışıb. Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində əmək fəaliyyətinə başlayıb.
 

 


Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. Sonradan Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistrı olan Şahmar Mövsümov əmək fəaliyyətinə bank sahəsindən başlayıb. 
 

 


// Azər Niftiyev, AZXEBER.COM

XƏBƏR LENTİ