08:47 çərşənbə Axşamı, 10 Dekabr 2019
İDMAN

Mourinyo əmindir: “Mançester Siti” ikinci heyətlə də çempion ola bilər

22:19, 11.08.20197571
Mourinyo əmindir: “Mançester Siti” ikinci heyətlə də çempion ola bilər
"Mançester Yunayted”nin keçmiş məşqçisi Joze Mourinyo İngiltərənin futbol üzrə çempionatında favorit olan dörd komandanın adını açıqlayıb. Onların arasında "Mançester Siti”nin ikinci heyəti də var. Portualiyalı mütəxxəsisin fikrincə, ehtiyatda olan heyət də qələbəyə iddialı ola bilər. 

Jurnalist Melissa Reddi öz  "Twitter" hesabında Mourinyodan sitat gətirib: "Siti”nin skamyasına baxıb, əsas heyətə düşməyən oyunçuları görəndə düşündüm ki, onlar hətta ikinci heyətlə belə çempion ola bilərlər. 

"Mançester Siti”nin birinci və ikinci komandalarından başqa, portuqaliyalı məşqçi ingilis komandaları arasında "Liverpul”un və "Totenhem Hotspur" komandalarının da birinciyə layiq olduğunu bildirib. 

Xatırladaq ki, son mövsümlərdə ard-arda "Mançester Siti" İngiltərə çempionluğunu qazanıb.
XƏBƏR LENTİ