Ömrü qısaldan 7 qida – Onları nə ilə əvəz edək?

Ömrü qısaldan 7 qida – Onları nə ilə əvəz edək?
SAĞLAMLIQ
22:46 19.04.2019
8880
Sağlam qidalanma mütəxəssisləri bildirirlər: "Nənələrinizin yemədiyi qidanı siz də yeməyin"  
 
Bir çox müasir ərzaqların tərkibində o qədər çox süni maddələr var və onlar o qədər çox emal olunurlar ki, bu qidaların faydasından çox ziyanı olur. Buna görə də uzun və sağlam ömür yaşamaq istəyənlər bu cür qidalardan uzaq durmalıdır.

AZXEBER.COM medicina.az-a istinadən həmin qidalardan bir neçəsini təqdim edir:  

1.İşlənmiş ət
 
Bir çox insanlar düşünürlər ki, sağlam qida rasionu ətsiz olmalıdır. Amma qeyd etmək lazımdır ki, keyfiyyətli təbii ət sağlamlıq üçün nəinki zərərli, hətta faydalıdır. Amma bu siyahıdan işlənmiş ətləri (Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir - bir sözlə, super marketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları) çıxarmaq lazımdır. Onların tərkibində çox miqdarda nitratlar var. Bu maddələr orqanizmdə bir çox problemlər yaradır.
 
2.Yağsız süd məhsulları
 
 
Yağlı süd məhsullarının zərərli olduğu bildirilir. Amma tədqiqatlar bunu əksini deyir. Yağsız süd məhsullarının tərkibində şəkər və süni maddələr olur. Bu maddələr qadınlarda sonsuzluq riskini artırır.
 
3.Marqarin
 
Bir çox insanlar kərə yağı əvəzinə bitki yağlarından hazırlanmış marqarinə üstünlük verirlər.  Amma bu məhsul heç də düşünüldüyü qədər də zərərsiz deyil. O orqanizmdən yaxşı xolesterini çıxarır, pis xolesterinin səviyyəsini isə artırır. Marqarinin tərkibində trans yağlar olur.  Bu yağlar xərçəng, ürək-damar,  Alzeymer xəstəliklərinə səbəb olur.

4.Qazlı içkilər
 
 
Qazlı içkilərin tərkibində suların tərkibində çox miqdarda çəkər olur. Bundan əlavə onlarda dadlandırıcı və süni rəngləyicilər də bol miqdardadır. Qazlı sular dişləri korlayır, böyrək, qaraciyər kimi orqanlara zərər vurur, piylənmə və diabetə gətirib çıxarır.
 
5.Ağ un 
 
 
Ağ un tam buğda unundan daha az faydalı qidadır. Emal prosesində o liflərdən tamamilə təmizlənir. Halbuki bu maddə həzm prosesində çox əhəmiyyətlidir. Həkimlərin bildirdiklərinə görə, ağ undan hazırlanan məmulatlar çəkini artırır, diabet və piylənmə riski yaradır.
 
6.Hazır meyvə şirələri 
 
Mağazada satılan hazır meyvə şirələri faydalı hesab edilir. Lakin bu fikir yalnışdır. Yalnız evdə hazırlanan şirələr qismən faydalı ola bilər. Hazır şirələr isə yüksək temperaturda pasterizə olunur deyə tərkibində olan faydalı maddələr məhv olur.
 
7.Myusli 
 
Myuslinin tərkibində çərəzlər, quru meyvələr, taxıl məhsulları, bal olur.  Onu südlə, yoqurtla və ya təbii halda yeyirlər. Bu qidalardan əsasən də idmançılar çox istifadə edirlər. Amma mütəxəsislər bu qidanın tərkibində GMO məhsulların olduğunu bildirirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır