19:36 Cümə, 22 Noyabr 2019
SOSİAL

MSK sədri 3060 manat maaş alacaq, işçiləri isə... - RƏQƏMLƏR

22:48, 18.06.20196523
MSK sədri 3060 manat maaş alacaq, işçiləri isə... - RƏQƏMLƏR
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Sədr – 3060 manat

Sədrin müavini – 2845 manat

Katib – 2110 manat

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
XƏBƏR LENTİ