MTN polkovniki həbs olundu

MTN polkovniki həbs olundu
KRİMİNAL
03:27 24.10.2015
3948
Bir neçə saat əvvəl Baş Prokurorluğa çağırılan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Azər Mehdiyev həbs olunub. Bu haqda musavat.com-a etibarlı mənbədən məlumat daxil olub.
Qaynağımız deyib ki, polkovnik sahibkarlardan xərac toplamaqda suçlu bilinir. Səbayel Rayon Məhkəməsinə aparılan A.Mehdiyevin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
A.Mehdiyevə verilən ittiham üzrə epizodlardan biri iş adamı Maqsud Mahmudovun şantaj olunaraq 250 min manat alınması ilə bağlıdır. Qeyd edək ki, M.Mahmudov musavat.com-a videomüsahibə verib. O, video mühsahibəsində MTN-ə aparılması, orada hansı üsullarla şantaj edilməsinin təfərrüatlarını da açıqlayıb.
M.Mahmudovun başına gələnlər haqda təqdim olunan yazıda deyilir: "Bu ilin iyulun 4-də iş adamına zəng gəlib, özünü MTN-nin əməkdaşı kimi təqdim edən şəxs ondan səhər saat 10.00-da MTN-nin Antiterror İdarəsinə gəlməsini tələb edir. İş adamı deyilən saatda nazirliyə gəlir, şəxsiyyət vəsiqəsini birinci mərtəbəyə təqdim edir. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparırlar. Biznesmeni burada özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayır. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, polkovnik ona terrorçu olduğunu deyib. Bildirib ki, daima Ukraynaya gedib-gəlirsən, min oyundan çıxırsan. Daha sonra polkovnik otağı tərk edir və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdır, yanındakı şəxsi Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim edir.
İlqar Əliyev isə Maqsud Mahmudovu gördükdən sonra göstəriş verir ki, bu şəxsi dərhal uçota alsınlar. İş adamı nə etdiyini, hansı səbəbdən bura dəvət olunduğunun səbəbini soruşmağa cəhd edir. Bu zaman ona deyirlər ki, telefonu izlənilir, daima diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daima Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirir, lakin cinayət etmədiyini xatırladır. Bu zaman ondan tələb olunur ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxır, durumu pisləşir. Amma buna baxmayaraq, ona deyilir ki, əgər 250 min manat gətirməsə, onu İŞİD-ın üzvü və ya narkobaron elan edəcəklər, özü isə bu ittihamı boynuna almalı olacaq.
Biznesmen bu zaman 250 min manat olmadığını deyir və 3 saat orada saxlanılır. Ondan tələb olunur ki, 200 min manat versin. Lakin iş adamı bundan da imtina edir. Bu zaman iş adamı telefonla təmas qurduğu xanımla şantaj edilir, bildirilir ki, bu məsələ açıqlanacaq.
Qeyd edilir ki, əgər bu baş versə, həm dostluq etdiyi xanımın valideynləri, həm də özünün ailə üzvləri bundan xəbər tutacaq. Bundan sonra iş adamına deyilir ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün gecə ikən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-nin məlum şantajçı qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyirlər və məsləhət görürlər ki, sussun, bu haqda heç vaxt danışmasın. Beləcə iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı notariat kontorunda gerçəkləşdirilir"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir