Muammər Qəddafinin cənazə namazı (VİDEO)

MARAQLI
09:05 27.10.2011
1588
Bir neçə gün əvvəl qiyamçılar tərəfindən öldürülən Liviyanın sabiq lideri Muammər Qəddafinin cənazə namazının video-görüntüləri yayılıb. Dubayın “Əl An” kanalı Muammər Qəddafi, oğlu Mutəsim Qəddafi və köməkçisi Əbu Bəkr Yunusun tabutda görüntülərini nümayiş etdirib.Qeyd edək ki, video-çarxda, ətrafda bir çox insan olmasına baxmayaraq qəddafilərin cənazə namazında sadəcə bir neçə nəfər iştirak etdiyini görmək mümkündür. Onların basdırıldığı yer isə müəyyən səbəblərə görə gizli saxlanılıb.

OXŞAR XƏBƏRLƏR