02:00 Bazar Ertəsi, 16 Sentyabr 2019
SİYASƏT

Müdafiə Nazirliyi açıqlama verdi: Belə hərbi qulluqçumuz yoxdur

21:17, 09.09.20197571
Müdafiə Nazirliyi açıqlama verdi: Belə hərbi qulluqçumuz yoxdur
Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada deyilir: "Bəzi elektron KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Fuad Axundovun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi barədə məlumat yayılıb. Məlumatlarda F.Axundovun hərbiçi olduğu qeyd edilib.

Bildiririk ki,  Azərbaycan Ordusunda Fuad Axundov adında hərbi qulluqçu xidmət etmir. Məlumatdan istifadə zamanı bu fakta diqqət etməyinizi xahiş edirik".
XƏBƏR LENTİ