Azərbaycan Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olub.General polkovnik Zakir Həsənovun əmri ilə Təlim-Tədris Mərkəzinin rəisi, polkovnik Şəmsəddin Abuşov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.Onun yerinə polkovnik Nizami Əlibəyov təyin edilib.
Qeyd edək ki, bu vəzifəyə qədər polkovnik Nizami Əlibəyov Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəis müavini vəzifəsində xidmət edib.
Müdafiə Nazirliyində daha bir kadr dəyişikliyi aparılıb. General-polkovnik Zakir Həsənovun əmrilə nazirliyiin Raket-Artilleriya Silahları Xidmətinin rəisi polkovnik Yaqub Əhədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.(ANSPRESS)