Müəllim, Lider, Prezident!

Müəllim, Lider, Prezident!
Bütün Xəbərlər
12:45 21.10.2013
1231

Ceyhun Osmanlı

Millət vəkili

Məhz İlham Əliyevdə bu 3 keyfiyyət çox gözəl bir ahənglə öz əksini tapıb. O hər zaman qayğı ilə bizi yeniliklərə öyrədir, dünya azərbaycanlılarının lideri olaraq millətimizi yeni hədəflərə doğru aparır, və idarə etdiyi dövlətin keçdiyi çətin yolların və bu dövlətə olan qısqanclıqların fərqindədir və buna baxmayaraq O Azərbaycanı hər cür təhlükələrdən qoruyaraq inkişaf etdirir! İlham Əliyevin hər bir günü şəxsən mənim üçün nümunədir. Lakin mən sadəcə son 2 aydan bəhs etmək istəyirəm.

Etiraf edək ki, təcrübəsinin, şöhrətinin zirvəsində, hələ bir də Prezident olaraq sadə insan ola bilmək hər kəsə nəsib olmur. Amma İlham Əliyevin şəxsən seçkiqabağı kampaniya aparmaq naminə fikrini xalqın qayğılarından ayırmaması, səsvermə günü qələbə xəbərlərindən eyforiyaya qapılmayıb xalqa müraciətini özünün deyil, Azərbaycanın bu günü, gələcəyi, müstəqilliyinin nə qədər əziz olması üzərində qurması əslində inauqurasiyanın necə keçəcəyinə də öncədən açıq işarə idi. Bu yüksək təvazökarlıq nümunəsini İlham Əliyevin andiçmə mərasimi bir daha nümayiş etdirdi. O, Azərbaycanın qarşısındakı 5 il üçün 1-ci şəxs statusunu, idarəçilik sükanını təcrübəli dövlət rəhbərinə xas təmkin, bacarıq və rahatlıqla qəbul etdi.

Bir millət vəkili olaraq Andiçmə mərasiminin Milli Məclisdə keçməsinə xüsusilə qürurlandım. Andiçmənin məhz qanunverici orqanda keçirilməsi növbəti 5 il üçün dövlətin ən ali dəyərinin məhz qanun olacağını hamıya, elə Prezidentin bir neçə dəfə xəbərdarlıq etdiyi məmur təbəqəsinə də eşitdirdi. İlham Əliyev işləyəcəyi komandaya öz şəxsi nümunəsində təvazökarlıq “master-klass”-ı keçdi və əsl dövlət qulluqçusunun, məmurun vəzifəsinin vətəndaşlara xidmət olduğunu bir daha xatırlatdı.

Kiməsə görə səssiz, kiməsə görə təmtəraqsız, kiməsə görə qonaq-qarasız andiçmə mərasimi təşkil etməklə İlham Əliyev bu cür gəldi-gedər tədbirlərlə deyil, məhz fəaliyyəti ilə fərqlənmək nümunəsini ortaya qoydu. Şübhəsiz ki, bu, onun şəxsi təvazökarlığından irəli gələn lider keyfiyyətidir.

Təsadüfi deyil ki, “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır” deyən İlham Əliyev inauqurasiyadan bir gün öncəni çörək zavodunun açılışını həyata keçirməklə keçirmişdi. Maraqlı məqam idi, çünki ilk dəfə Prezident andiçməsində 49%-lik yoxsulluqla qəbul etdiyi ölkəni o, cəmisi 10 ilə 6 % yoxsulu qalan dövlətə çevirməklə aztəminatlı ailələrin “əlini çörəyə çatdırmağı” bacaran lider kimi adını tarixi yazaraq, gələcəkdə Azərbaycanda yoxsulların qalmayacağına işarə edirdi. İndi bu müqəddəs missiyanı davam etdirmək iradəsini, “mənim vətəndaşım daha yaxşı yaşamağa layiqdir” prinsipi ilə qurduğu sosial dövlətin, rifah cəmiyyətinin müqəddəs vəzifə kimi növbəti 5 ildə də prioritet olacağını ifadə etmiş oldu.

İnsan amili İlham Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı mühüm keyfiyyətdir. O, hər bir şeyin təməlində buna əsaslanır. İstər gənclərlə görüşləri olsun, istər ahıllar önündə çıxışları olsun Prezident dönə-dönə bir fikri təkrarlayır ki, onun vəzifəsi vətəndaşlara xidmətdir. Görünür, xalqın ona bu qədər yüksək etimadı, inamı, bağlılığı, onu özününkü bilməsi və əlbəttə ki, seçkidə verdiyi səsi hər şeydən əvvəl bu diqqətə cavabdır. Azərbaycan anası üçün o, oğul obrazı, gənclər üçün nümunə, vətəndaşlar üçün arxa-dayaqdır. Yəni bu qədər əziz və doğma.

İlham Əliyev inauqurasiyası ilə şəxsən məni təəccübləndirmədi. Prezidenti məqsədinə çatmış saymaq olar. Çünki onun məqsədi də artıq 3-cü dəfə keçirilən inauqurasiyası ilə təəccübləndirmək deyildi. İlham Əliyev bizi arzularımızın, xəyallarımızın, hətta yuxularımızın Azərbaycanını yaratmaqla təəccübləndirib. İlham Əliyev təkcə bu günə deyil, Azərbaycanın sabahına, gələcəyinə hesabladığı real və konseptual fəaliyyət proqramı ilə təəccübləndirir. O, bugünkü Azərbaycanla, 2020-ci ilə kimi inkişaf etmiş ölkəyə çevrilməyi hədəf seçən dövlət rəhbəri kimi təəccübləndirir. O Azərbaycanın müstəqilliyini heç bir zaman güzəştə getməyən bir lider kimi təəccübləndirib. O, ən çətin məqamlardan müdrik çıxış yolları tapan optimal, çevik siyasi xadim kimi təəccübləndirir.

Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 5 ildə Azərbaycanın yüksək inkişaf həyəcanını yaşayacağıq və artıq Azərbaycan seçiciləri Azərbaycanın qızıl beş ilinə imza atıbdır! Bu “siyasi adrenalin”i şənbə günü olmuş inauqurasiya mərasimi bəxş etdi. Bu da bir tarixdir, Müstəqil Azərbaycanın xoşbəxt gələcəyinin təməlində dayanan yeni tarix - 19 oktyabr, 2013-cü il. Bu tarixin canlı şahidi olmaqdan qürur duyuram!

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik