Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başladı

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başladı
SOSİAL
12:16 12.09.2022
176
Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.

Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.
OXŞAR XƏBƏRLƏR