xari

Müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub

SOSİAL
19:22 04.05.2021
817
Bu gün Bakı-Qazax avtomobil yolunda qəzaya düşərək dünyasını dəyişən Aslan Hüseynov Gəncə şəhərində dəfn olunub.

AZXEBER.COM-un məlumatına görə, mərhum İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə pandemiya səbəbindən Aslan Hüseynovun yalnız yaxınları iştirak ediblər.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb.

Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən "KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.
 

OXŞAR XƏBƏRLƏR