Müğənni Cavanşir Məmmədovu toyda döydülər

Müğənni Cavanşir Məmmədovu toyda döydülər
MAQAZİN
23:09 30.03.2016
13689
Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, N.Tusi küçəsində yerləşən "Movida Plaza” şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb. Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb. C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır.
"Azadlıq”-ın yazdığına görə döyülən şəxs müğənni Cavanşir Məmmədovdur.
OXŞAR XƏBƏRLƏR