14:51 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Müğənni Kərim Abbasovun döyülməsi faktı ilə bağlı YENİ XƏBƏR

16:47, 22.05.20195031
Müğənni Kərim Abbasovun döyülməsi faktı ilə bağlı YENİ XƏBƏR
Müğənni Kərim Abbasovu döyən şəxs barəsində təhqiqat araşdırmalarına başlanılıb.

Bu barədə ONA-nın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub.

Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb. 
XƏBƏR LENTİ