14:31 Cümə Axşamı, 16 Avqust 2018
SOSİAL

Ümumdünya Qadın Sammitinin prezidenti Azərbaycanın fəallığını yüksək qiymətləndirib

15:42, 17.05.20185969
Ümumdünya Qadın Sammitinin prezidenti Azərbaycanın fəallığını yüksək qiymətləndirib
Millət vəkili, siyasi Elmlər Doktoru Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüblər.
 
Görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verlib. Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti məlumatlandırılıb.
 
Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva "sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq" deyib. Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib.
 
O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və bu cür sammitlərdə də məqsədin qadınların bütün sahələrdə rolunun genşlənməsinin dünya üçün nə qədər önəmli

olduğuna diqqət çəkmək, müsbət nəticələrin daha da geniş yayılmasına dəstək göstərmək olduğunu bildirib.
XƏBƏR LENTİ