12:40 çərşənbə, 15 Avqust 2018
GƏNCLİK

Murad Dadaşov Sumqayıt "ASAN xidmət" mərkəzində könüllü oldu

14:59, 13.02.20181067
Murad Dadaşov Sumqayıt
Sumqayıt regional "ASAN xidmət” mərkəzi 10 fevral 2018-ci il tarixdə "Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul edib.
 
AZXEBER.COM xəbər verir ki, əməkdar artist, tanınmış teleaparıcı, aktyor, "Bakılı Oğlanlar” şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov Sumqayıt "ASAN xidmət” mərkəzinin qonağı olub. Murad Dadaşov cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşmüş, öz həyat təcrübəsindən ,əldə etdiyi uğurlardan, könüllülk fəaliyyətinin əhəmiyyətindən danışıb, verilən sualları cavablandırıb.
 
Çay süfrəsindən sonra Murad Dadaşov könüllülük fəaliyyətinə başlayıb, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib, vətəndaşlardan sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihəsinə dəstəyini ifadə etdi.
 
Bütün fəaliyyətlərini nəzərə alaraq Murad Əli oğlu Dadaşov 10 fevral 2018-ci il tarixində Sumqayıt regional "ASAN xidmət” mərkəzində "Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.
XƏBƏR LENTİ