Murad Musayev: "İlk səhvdən sonra qol buraxdıq"

Murad Musayev: "İlk səhvdən sonra qol buraxdıq"
İDMAN
21:12 20.02.2022
371
"Matçda ilk səhvi biz etdik və bundan sonra qol buraxdıq".

Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis görüşün döyüşkən alındığını bildirib: "Meydançada boşluq yox idi. Xeyli oyun epizodu oldu. Bundan sonra hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etsək də, bacarmadıq. Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Komandamın oyuna yanaşmasına iradım yoxdur".

O, yeni transfer Kristian Da Silvanın çıxışına toxunub: "Oyuna çox yaxşı qoşuldu. Topla pis rəftar etmirdi. Amma nəzər almaq lazımdır ki, hələ formada deyil. Ona vaxt lazımdır".

39 yaşlı baş məşqçi avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Çətin olacaq. Çünki xal fərqi çoxdur. Amma əlimizdən gələni edəcəyik".

Musayev ispaniyalı yarımmüdafiəçi Xuan Kamaranın "Zirə"yə qarşı oynamamasının səbəbini açıqlayıb: "Neftçi" ilə oyunda zədələnmişdi. Sabah MRT müayinəsindən keçəcək. Bundan sonra vəziyyətini biləcəyik".

Mütəxəssis "Neftçi"yə qarşı keçirəcəkləri XVII tur matçı barədə düşünmədiklərini vurğulayıb: "Bir həftə sonra nə olacağını deyə bilmərəm. Hazırkı oyun barədə danışırıq".

Baş məşqçi kubokda mübarizəni dayandırnalarına və çempionatda avrokubok zonasından uzaq düşmələrinə baxmayaraq, yeni oyunçuların alınmasına da münasibət bildirib: "Çox qəribə sualdır. 12 oyunumuz var. Hələ yeni mövsüm barədə fikirləşmirik. Bu mövsümü düşünürük".

Musayev hücumda ən pis oyunlardan birini keçirdiklərini qeyd edib: "Yaxşı oyun var idi, amma çox sadə top itkilərimiz oldu. Bəzən də dəqiqlik çatışmırdı".
OXŞAR XƏBƏRLƏR