Musa Musayevin anası: 'Musanı övladlıqdan silmişəm' - MÜSAHİBƏ

MAQAZİN
13:56 26.04.2013
5620
Müğənni Musa Musayevin 72 yaşlı anası Gülbükə xanımın müsahibəsi:- Oğlunuz Musa ilə niyə danışmırsız, nəvənizdən imtina etməyinizin səbəbi?- Onun özünü də, övladını da qəbul eləmirəm. Amma belə baxanda, onun uşağının nə günahı var. Gətirəydi, deyəydi ay ana, bax bu, sənin nəvəndi. Ancaq uşağın anasını qəbul eləməmişəm, eləməyəcəm də. Bu səbəbdən, uşağı görmək istəmirəm.Musa öz xalası qızını almışdı, il yarım yaşadılar. Təranə Qumral əri ola – ola Musaya vuruldu, indi də Leyli Məcnun olublar mənə. Məcnunun ağlı olsaydı çöllərdən yığılardı. O vaxt mənə dedi ki, onu istəyirəm. Mən də dedim ki, ay bala, başına dönüm o, evlidir, uşağı var. O qədər subay qız var, get al, camaatın ailəsini dağıtma. Sözlərimə əhəmiyyət vermədi. Getdi, Təranəni aldı. Elə buna görə də Musa ilə danışmırıq. Əri olan qadını özünə arvad elədiyinə görə, məsələ gəlib bu yerə çatdı. O, adımıza layiq iş tutmadı.- Musa deyib ki, “Təranəni evdə Şəmkirli biznesmenlə bir pasteldə tutdum”. Onun bu sözlərinə nə reaksiya verdiniz?- Xəbəri televizordan eşitdim. Gördüm, biyabırçı sözlər danışılır. Mən də zəng edib dedim ki, ayıb deyil, bu nə sözdür danışırsan? O da dedi ki, özüm bilərəm. O sözlərdən sonra yenə Təranə ilə barışdı, nifrət elədim ona. Musa bu günləri mənə yaşatmamalıydı. Evlənəndə bilmirdin ki, kiminlə evlənir. Onun görəcəkli günləri qarşıdadır, başına çox iş gələcək, çöllərə düşəcək.- Musa vəsiyyətnamə yazıb. Nəyi varsa Təranə Qumrala vəsiyyət edib...- Musanın nəyi var ki, onu da vəsiyyət edə? On səkkiz ildir, işləyir, öz adına heç nəyi yoxdur. Nə maşını var, nə evi. Bir əynidir, bir başı. Bir də gündəlik yeməyi.- Musadən başqa neçə övladınız var?- Dörd oğlum, biri rəhmətə getdi. Biri də ki, Musa idi. Artıq yox kimidir mənə.- O biri övladlarınızdan razısınızmı?Şükür. O birilər yaxşıdır. Cabbarın gözəl, layiqli ailəsi, arvadı var. Oğlum Əlinin ailəsi, yoldaşı da mərifətlidir. Hamısı abırlı, əxlaqlı xanımlardır. Amma Musa bizə layiq deyil.- Musa indi gəlsə, bağışlanmasını istəsə, onu bağışlayarsınız ?- Yox, yox... O bizim ailəyə layiq iş görməyib axı. Onu nə zaman qəbul edərəm? Bizə layiq iş görsə. Musanı övladlıqdan silmişəm.- Bəlkə Musanı bağışlamağınıza əngəl Təranə Qumraldı. Onu boşasa, barışarsınız?- Yox. Razı olmaram onu boşasın. Çünki övladı var...
// lent.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır