Çeçen Respublikasının paytaxtında dizaynerlər öz kolleksiyalarını təqdim ediblər.
AZXEBER.COM-un Rusiyanın NTV telekanalına istinadən verdiyi xəbərə görə, müəlliflər müsəlman gözəlləri üçün olan qapalı paltarları maksimum cəlbedici etməyə çalışıblar.Müsəlman moda sənayesinin modelyerləri fantaziyalarında istifadə ediblər. Dizayner-florist 300 xrizantemdən geyim hazırlayıb. Bu paltar uzunömürlü olmasa da, yaxşı qulluq zamanı 5 günə qədər yaşaya bilər. Podiumda gecə modasının daha praktik geyimləri nümayiş olunub. Nümayiş etdirilən geyimlərdən heç biri mini və ya dekolteli olmayıb, gözəllər yalnız maksi paltarlar geyiniblər.İslam modasının əsas aksesuarı olan baş yaylığı geyimlərə özünəməxsusluq əlavə edib.