Müstəqillik günü ilə bağlı videoçarx hazırlandı - VİDEO
MƏDƏNİYYƏT
00:28 19.10.2014
1727
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.AZXEBER.COM-un məlumatına görə, “İRƏLİ” İctimai Birliyi və İRƏLİ Production Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə maraqlı video hazırlayıb. Videoda gənc bir qızın Bakı şəhərini gəzərək, şəhərin sakitçiliyindən, insanlarımızın tolerantlığından bəhs edir. Digər ölkələrdə bir çox problemlər olsa da, Azərbaycanın bu gün müstəqil ölkə olaraq formalaşmasıyla yanaşı, sülh şəraitində yaşadığı bəhs edilir. Video Ümummilli Lider Heydər Əliyevin sözləriylə bitir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Müstəqilliyinin 23 yaşı mübarək, Azərbaycan!Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.