Mütəxəssislər xəbərdarlıq edir: "Şokolad yox, zəhərdir"

DÜNYA
04:18 13.11.2024
252
Mütəxəssislərs son günlər məşhurlaşan Dubay şokoladı ilə bağlı çağırış ediblər.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bu şokoladı "Şirkətlərin istehsal etdiyi zəhər" adlandırıb.

Xüsusilə son günlər sosial mediada yayılan və baha qiymətlərlə bazarlarda yerini alan Dubay şokoladı çılğınlığı ilə bağlı xəbərdarlıq edən həkim Canan Karatay qatıldığı televiziya proqramında bu ifadələrdən istifadə edib:

"Bu, şirkətlərin istehsal etdiyi zəhərdir. Yesinlər, bədənlərində turşu əmələ gətirsinlər, xəstələnsinlər, xərçəngə tutulsunlar". 

Qeyd edək ki, sözügedən şirniyyat növü Bakıda da böyük maraqla qarşılanıb. Onun qiyməti isə çəkisindən və markasından asılı olaraq 10 manatla - 120 manat arasında dəyişir. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR