2024-cü ilə sayılı günlər qalarkən elm adamlarından həyəcanlı açıqlamalar gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alim və ekspertlər 2024-cü ildə 3 müxtəlif epidemiya xəstəliyinin yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Elm adamları Covid-19-un Yeni illə birlikdə yenidən yayıla biləcəyini söyləsələr də, hər iki yeni xəstəliyin sürətlə yayılma potensialının yüksək olduğunu açıqlayıblar.
İngiltərə mətbuatında yer alan xəbərlərdə Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqlarına yer verilib.
Səlahiyyətlilər İngiltərədə bəzi xəstəliklərin yayıla biləcəyini ifadə edərək, dang qızdırması və meymunçiçəyi virusunun yayılma ehtimalının yüksək olduğunu qeyd ediblər.
Birləşmiş Millətlər Təşkilatı daxilində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması Departamentinə rəhbərlik edən Mariya Van Kerkhove bildirib ki, qlobal iqlim dəyişikliyi və cinsi yolla keçən xəstəliklər bu epidemiyaların tətikləyiciləridir.
Ayşən