Nadir Qafarzadə etiraf etdi: 'Evləndirdiyim it mənim oğlumdur'
MAQAZİN
16:19 14.11.2012
2105
Xalq artisti Səməd Səmədovla müğənni Nadir Qafarzadənin itlərinə toy edib, guya quda olacaqları xəbəri yerli mətbuatın diqqətini cəlb edib. Bu “izdivac”ı qınayan insanlara Nadir Qafarzadədən daha bir olay yaradacaq açıqlama gəldi. Müğənni çox iddialı danışaraq bildirib ki, “əjdaha” itinə toy etdikdən sonra digər heyvanları üçün də “nigah” mərasimi düzənləyəcək: “Bundan sonra pişiyimə toy edirəm. Ardınca inəyimə, sonra toyuqlarımla qoyuqlarıma da toy edəcəm. Ancaq burada yox, xaricdə. Üstəlik, bu dəfə qohumluğum yerli müğənnilərlə deyil, xarici ulduzlarla olacaq. Azərbaycandan isə heç kimi o tədbirə dəvət etməyəcəm. Çünki onlar mənim səviyyəmdə deyillər”.