Nadir Qafarzadə toylardan danışdı: “Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?”

Nadir Qafarzadə toylardan danışdı: “Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?”
MAQAZİN
14:26 27.08.2020
1885
"Mənim üçün toylara icazə verilib-verilməməsinin heç bir fərqi yoxdur. Elə  bilirlər ki, toy təkcə müğənninin qazanc yeridir. Burada, ümumiyyətlə, müğənnidən söhbət getmir, toylar olmasa uşaqlar dünyaya gəlməyəcək, nəsil artmayacaq. Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?”

AZXEBER.COM xəbər verir ki, bunu Yenisabah-a müğənni Nadir Qafarzadə deyib.

O qeyd edib ki, bir ölkədə toy, konsert, şənlik yoxdursa, deməli, o ölkədə qara günlərdir:

"Bu gün açıq havada restoranlar da açılıb və həmin yerlərdə 100 nəfər onsuz da oturur, onların arasında bir bəy, gəlin otursa, guya nə olacaq ki? Onsuz da 100 nəfər birlikdə oturur, toyda da heç kim bir-birinin qucağında oturmur ki, hamı müəyyən məsafəni saxlayır.

Açıq havada saat 10-a qədər restoranlar işləyir, icazə versələr, camaat da toyunu 5-də başlayıb, 10 a kimi tamamlasın. Belə çıxır ki, açıq havada restoranlarda əylənmək olar, amma bəy-gəlin olmaz? Bu, hansı məntiqə uyur?!”

"Mənim azdan-çoxdan bir parça çörəyim var, oğurluq etmirəm, heç kimə əl açmıram. Hərdən deyirlər ki, filankəs işləmir, iş var ki, işləsin? Müğənni olaraq yox, düşünürəm ki, artıq yetər, bir az qapıları insanların üzünə açmaq lazımdır, qoy işləsinlər, başları qarışsın.

Nə vaxta qədər sosial şəbəkələrdə vaxt keçirəcəklər? Mən baxıram qızların, gəlinlərin, cavan oğlanların gic-gic görüntüləri qarşıma çıxır, biri lütlənir, biri orasını-burasını açıb göstərir, cavan-cavan oğlanlar ağıla gəlməyən hərəkətlər edirlər. Bunun sonu biabırçılığa aparır”, - deyə müğənni qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
Dünyanın aparıcı universitetlərində təhsil alacaq gəncdən 60-ı ADNSU-nun məzunudur
15:36 07.08.2025
Dünyanın aparıcı universitetlərində təhsil alacaq gəncdən 60-ı ADNSU-nun məzunudur
Əfqanıstanda güclü yağışlar can alır - 2 uşaq öldü
15:29 07.08.2025
Əfqanıstanda güclü yağışlar can alır - 2 uşaq öldü
"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi
15:21 07.08.2025
"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi