Namik Ələsgərov “Bursaspor”un ən yaxşısı oldu

Namik Ələsgərov “Bursaspor”un ən yaxşısı oldu
İDMAN
17:08 14.12.2021
359

"Bursaspor”da mövsümün geridə qalan hissəsinin ən yaxşı futbolçuları açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Bursa klubuna yaxınlığı ilə bilinən bursaspordabugun.com saytı TFF I Liqasında komandaya ən çox xeyir verən oyunçularla bağlı araşdırma aparıb.

O qədər də uğurlu mövsüm keçirməyən "Bursaspor”un ən yaxşılarından biri də Azərbaycan millisinin hücumçusu Namik Ələskərovdur. 26 yaşlı ön xətt oyunçusu yayda keçdiyi komandanın heyətində 4 qol, 4 məhsuldar ötürmə ilə buna nail olub. Onunla yanaşı, belçikalı hücumçu Massimo Bruno da eyni göstəriciyə imza atıb.

O da bildirilib ki, Namiklə Massimonun oyundan-oyuna daha parlaq performans ortaya qoyması "Bursaspor” azarkeşlərini ümidləndirir.

Qeyd edək ki, "Bursaspor” hazırda 18 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR