Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Namiq Abdullayev və yığmanın məşqçisi Arif Abdullayevin qardaşı Xaləddin Abdullayev vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə güləş federasiyasının rəsmi feysbuk səhifəsi məlumat yayıb.
X.Abdullayevin ölümünə infarkt səbəb olub. Mərhum şəkərli diabetdən əziyyət çəkirdi.
Qeyd edək ki, Namiq Abdullayev 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.