08:34 çərşənbə Axşamı, 13 Noyabr 2018
Maqazin

Aşıq Namiq: Onu apardım Yasamal qəbirstanlığına, başa saldım - VİDEO

13:30, 10.07.201812747
Aşıq Namiq: Onu apardım Yasamal qəbirstanlığına, başa saldım - VİDEO
Tanınmış aşıq Namiq Fərhadoğlu ATV-də aşıq Fəzail Miskinli ilə davasından danışıb.
 
Aşıq AZXEBER.COM-a açıqlamasında həmkarını verilişdən sonra söhbətə çağırdığını və başa saldığını deyib.
 
O bildirib ki, aşıq Fəzail səhvini başa düşüb: "Onun ədəbsizliyini, keçi kimi atılıb-düşməyini gördüz. Vuran oğlan demir, vurur. Mən efirdə ona söz demədim. Çünki tərbiyəm var. Verilişdən sonra gördüm ki, maşınına minib, çıxıb gedir. Dedim hara gedirsən, a kişi. Onu apardım Yasamal qəbirstanlığına, orada söhbəti etdik, sözümü dedim. O da həmin dəqiqə atama zəng etdi ki, Namiq məni bura gətirib. Efirdə ona aşıq demədiyim üçün məndən incimişdi, onunla üzbəüz söhbət edib, başa saldım. Sonda da əlimi sıxıb, çıxıb getdi".
 
Aşıq Namiq deyib ki, Fəzail Miskinli Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir və efirdə etdiklərinə görə universitet ona töhmət verib. 
 
Həmin çıxışı təqdim edirik:
 
XƏBƏR LENTİ