08:04 Cümə, 24 May 2019
MARAQLI

"Namus yalnız qadınlara aid edilməli deyil"

15:34, 11.03.20192023
Türkiyədə qadın həyatından bəhs edən kitab böyük maraqla qarşılanıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur türk yazar Nuray Karadenizin işıq üzü görən "İşşa" adlı kitabı qadın, mif və mədəniyyətdən bəhs edir.

Bir neçə bölmədən ibarət olan kitabda gender bərabərliyi ilə yanaşı, cəmiyyətdə kişilərin hüququndan da bəhs edilir.

Tarix boyunca qadın həyatını mövzu alan bu kitab tarixin, miflərin, mədəniyyətlərin işığında qadının məhz bu gününə işıq salır. Bu kitabda təkcə qadın həyatı, deyil bütün insanlıq tarixinin canlı şahidi olmaq mümkündür.

Müəllifin dediklərinə əsasən müasir dövrümüzdə gender bərabərliyi həm hüquqi həm də sosial status baxımından hələ də mübahisəlidir.
 
Qadının aliliyini, müqəddəsliyini insanoğlu hələ də anlamır və anlamaq istəmir. Lakin indiki dövrdə qadınların nə qədər qeyri-bərabər zəmində olduğunu düşünsəm də keçmişdə yaşamaq istəməzdim.
 
Müəllif qeyd edir ki, Qədim Romada, Yunanıstanda qadın olmaq çətin olub. Çünki həmin toplumlarda qadınlar daha çox incidilib. Hətta həmin dövr kitablarda qadınların adı belə  yoxdur. Qadınları sanki məhbus kimi evə həbs ediblər. Şərqdə isə qadın hörmət olub. Müəllif burdan belə qənaətə gəlir ki, namus məfhumu şərq deyil, qərb köklərinə bağlıdır.
 
Müəllif həmçinin qeyd edir ki, "xanım" sözü Çingiz xanın həyat yoldaşına "mənim xanım" deməsindən yaranıb. 
 
Nuray Karadeniz bildirib ki, gələcəkdə qadın və kişi bərabər olacaq, kişilərdən heç bir üstünlüyü olmayacaq. 
 
Tahirə Nur,
AZXEBER.COM
XƏBƏR LENTİ