“Nar” abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcək

“Nar” abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcək
İQTİSADİYYAT
17:12 16.03.2018
2203

"Nar” Azərbaycanın mobil rabitə bazarında daha bir ilkə imza atdı. İndi "Full” paketlərinin istifadəçiləri öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları digər bonuslarla dəyişmək imkanından yararlana biləcəklər. Başqa sözlə, abunəçi bu yenilik sayəsində toplanmış bonuslarını danışıq dəqiqələrindən meqabaytlara və ya əksinə, meqabaytlardan danışıq dəqiqələrinə dəyişə biləcək.

 

"Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə biləcək, 1 danışıq dəqiqəsini 2 meqabayt internet trafikinə və ya 2 meqabaytı 1 danışıq dəqiqəsinə çevirmək imkanından yararlanacaq. Bütün "Full” istifadəçilərinin faydalana biləcəyi təkliflə həm də dəyişdirilmiş bonuslara nəzarət etmək mümkündür. Hər bir konvertasiya əməliyyatı üzrə nəzərdə tutulmuş ödəniş cəmi 20 qəpik təşkil edir.

 

Xatırladaq ki, "Full” paketlərinin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. "Full” abunəçilərə ölkədaxili danışıq dəqiqələri və bol internetdən sərfəli qiymətlərlə yararlanmaq imkanını yaradır. Rominqdə olan "Full” istifadəçiləri də paketlərin üstünlüklərindən tam yararlana bilirlər.

 

"Full” paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində öyrənmək olar.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək