“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir - FOTO

İQTİSADİYYAT
15:06 14.05.2019
2967

Ölkənin ən gənc mobil operatoru "Nar”-ın dəstəyilə baş tutan "Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə "Gəncə” və "Nar” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq. 

AZXEBER.COM xəbər verir ki, komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu "Nar” öz "Facebook” səhifəsində xüsusi müsabiqə keçirir. "Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərinin adları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır.

Qeyd edək ki, "Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda "Nar” kubokunun sahibi olacaq. 

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir. 

Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və https://nar.az/ saytından əldə etmək mümkündür. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:39 28.09.2020

VPN-lə internetə daxil olanlar mütləq oxusun

22:32 28.09.2020

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

22:15 28.09.2020

İlham Əliyev BMT-nin baş katibi ilə videoformatda görüşdü

22:01 28.09.2020

Azərbaycanın Türkiyədəki səfiri: “Qarşımızda dayana bilməyəcəklər” - VİDEO

21:57 28.09.2020

Müsavat Partiyası və AXCP Qarabağ mövzusunda da kənarda qaldılar

21:48 28.09.2020

Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

21:41 28.09.2020

AzTV işğaldan azad olunan Talış yüksəkliyinin görüntülərini yaydı - VİDEO

21:22 28.09.2020

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bir-birini tərəddüdsüz dəstəkləyir

21:19 28.09.2020

Azərbaycanda komendant saatı başladı

21:08 28.09.2020

Ermənistan ordusunun generalı da öldürüldü

21:05 28.09.2020

Səbinə Əliyeva ermənilərin atəşə tutduğu bölgədə

21:03 28.09.2020

Düşmən tərəfindən atılan mərmilərdən biri Tərtərdə Polis Şöbəsinin həyətinə düşdü

20:43 28.09.2020

Azərbaycan və Ukrayna XİN rəhbərlərinin telefon danışığı oldu

20:40 28.09.2020

Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi

20:31 28.09.2020

Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var

20:03 28.09.2020

Türk Şurası Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı

X Mostbet