“Nar” ölkə ərazisində satış şəbəkəsini gücləndirir

“Nar” ölkə ərazisində satış şəbəkəsini gücləndirir
İQTİSADİYYAT
14:23 17.03.2018
3510

"Nar” ölkə üzrə bütün satış təmsilçiləri ilə ilin nəticələrinə həsr olunmuş görüş keçirib. Görüşün əsas məqsədi ötən ildə əldə edilmiş nailiyyətlərin müzakirəsi və 2018-ci ildə "Nar”-ın satış strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi idi. Görüş zamanı ötən il bütün ölkə boyunca satış nöqtələrinin sayının artaraq 1647-yə çatdırıldığı qeyd olundu.

Bölgələrdə yaşayan "Nar” abunəçilərinə xüsusi diqqətin ayrılması və onlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi satış strategiyasının əsas istiqamətlərindən biri oldu. Paytaxt Bakı ilə yanaşı, bölgələrə də önəm verən "Nar” ötən il ərzində regionlarda satışın təşviqi məqsədilə təşkil olunmuş 50-dən çox tədbir keçirib. Nəticədə, "Nar”-ın bölgələr üçün xüsusi hazırladığı "Yerlim” tarifinə yalnız 2017-ci ildə 256 min nəfər qoşulub.

 

Satış təmsilçiləri ilə görüş zamanı öz fikirlərini bölüşən "Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yüksəkkeyfiyyətli xidmətin və effektiv satış strategiyasının şirkət üçün vacibliyini qeyd etdi: "Nar” abunəçilərinin istək və tələblərini hər zaman rəhbər tutaraq Azərbaycan mobil rabitə bazarında keyfiyyətli məhsulları sərfəli qiymətə təklif edir. Şəbəkəmizə sərmayə yatıraraq abunəçilərimizi yüksəkkeyfiyyətli xidmətlə təmin edirik və bu da, öz növbəsində, "Nar”-a yeni müştərilər cəlb edir. Biz ən yaxşı müştəri təcrübəsini təmin etmək məqsədilə sadə və çevik həllər vasitəsilə satış kanallarımızı daha da gücləndiririk”.

 

Yerli rabitə bazarında irəli sürülən yeni məhsullar, genişləndirilmiş şəbəkə və sərfəli qiymətlər nəticəsində artan müştəri tələbatını qarşılamaq üçün "Nar” satış kanallarının daha çox müştəriyə daha asan xidmət göstərməsini təmin edir.

 

"Nar”-ın bütün məhsul və xidmətləri haqqında nar.azsaytından ətraflı məlumat əldə etmək olar.

 

"Azerfon” MMC ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb