‘Nar Mobile’ Beynəlxalq Karlar Günündə sosial aksiya keçirib - FOTOLAR

İQTİSADİYYAT
13:15 30.09.2013
1970

Mobil operator eşitmə qüsurlu vətəndaşlar üçün kompüterdən istifadə kurslarının tədris olunduğu DVD-lər paylayıb

Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan “Nar Mobile” daha bir xeyriyyə təşəbbüsü ilə çıxış edib. Belə ki, hər il ənənəvi olaraq sentyabr ayının sonuncu həftəsində dünya miqyasında keçirilən Beynəlxalq Karlar Günü də “Nar Mobile” rəhbərliyinin diqqətindən yayınmayıb.

Beynəlxalq Karlar Günü münasibətilə keçirilmiş bayram tədbirini giriş sözü ilə Azərbaycan Karlar Cəmiyyətinin sədri Tapdıq Xalıqov açmışdır. Daha sonra çıxış edən sədrin 1-ci müavini Musa Tukanov və digər iştirakçılar tədbirin əhəmiyyətindən bəhs etmiş və göstərdiyi dəstəyə görə “Nar Mobile” mobil operatoruna öz təşəkkürlərini bildirmişlər. Mərasimə qatılan “Nar Mobile” əməkdaşları isə iştirakçılara mobil operator tərəfindən eşitmə qüsurlular üçün xüsusi olaraq hazırlanmış kompüterdən istifadə video-kursları – DVD-lər hədiyyə etmişlər. Eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyyətə qazandırılması istiqamətində göstərilən fəaliyyətin əhəmiyyətindən bəhs edən şirkəin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai, “Nar Mobile” mobil operatoru tərəfindən təşkil edilən kompüterdən istifadə video-kurslarının üstünlüklərindən söhbət açmışdır.

Qeyd etmək lazımdır ki, video-kurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaradacaqdır. “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint” və digər əsas kompüter proqramlarını tədris edən bu DVD-lər onlarda kompüter texnologiyaları haqqında baza biliklərinin formalaşmasına bilavasitə yardım edəcəkdir.

Eşitmə qabiliyyəti məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində mühüm işlər görmüş “Nar Mobile” bu əlamətdar gündə Azərbaycan Karlar Cəmiyyətindəki bayram əhval-ruhiyyəsinə öz töfhəsini verməyi unutmadı. Video-kurslar haqqında daha ətraflı məlumat isə yaxın günlərdə mobil operatorun İnternet səhifəsində yerləşdiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR