Nar Mobile “Bölgələrdə bonus” kampaniyasına başlayır

Nar Mobile “Bölgələrdə bonus” kampaniyasına başlayır
Bütün Xəbərlər
11:56 03.09.2013
860

Yeni Nar nömrəsi alın, aktivləşdirin və növbəti 6 ay ərzində hər ay 30 dəqiqə hədiyyə qazanın

Nar Mobile mobil operatoru “Bölgələrdə bonus” kampaniyasına başlayır. Kampaniya çərçivəsində ilk ayda bonus dəqiqələr abunəçilərə avtomatik surətdə, sonrakı aylarda isə balanslarını ən az 2 AZN dəyərində artırdıqları təqdirdə təqdim ediləcəkdir. Belə ki, abunəçilər 30 dəqiqəlik bonusdan 30 gün ərzində şəbəkədaxili səsli və görüntülü zənglər üçün istifadə edə biləcəklər.

“Bölgələrdə bonus” kampaniyası Bakı şəhəri və Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində əldə edilən nömrələrə şamil olunur.

Kampaniya ilə bağlı daha ətraflı məlumat Nar Mobile mobil operatorunun İnternet səhifəsində yerləşdirilmişdir:

https://narmobile.az/az/private/campaigns/bonus_in_regions/

OXŞAR XƏBƏRLƏR