Bakı şəhərində daha bir “Nar” diler mərkəzi fəaliyyətə başladı
“Nar Mobile” mobil operatoru abunəçilərinin rahatlığını təmin etmək məqsədilə diler mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Belə ki, noyabr ayının 1-də Bakı şəhərinin tarixi mərkəzində - İstiqlaliyyət küçəsi 43 ünvanında açılan yeni “Nar” diler mərkəzi artıq müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə başlayıb.
Yerləşdiyi ərazinin rahatlığı, göstərdiyi xidmətlərin keyfiyyəti və çeşidliliyi ilə diqqət çəkən yeni mərkəz “Nar Mobile” mobil operatorunun Bakı və Abşeron yarımadası ərazisində fəaliyyət göstərən sayca 45-ci mərkəzi oldu.
“Nar Mobile” mobil operatorunun satış və diler mərkəzləri haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:
https://www.narmobile.az/aboutus/narcenters/
![](/file/pic/xeber/2013-11-04/81681.jpg)
![](/file/pic/xeber/2013-11-04/81682.jpg)
![](/file/pic/xeber/2013-11-04/81684.jpg)