“Nar Mobile” elmi layihəyə dəstək oldu

İQTİSADİYYAT
22:39 18.11.2013
1578

“İKT-3”- İri miqyaslı elmi layihəyə start verildi

Hər zaman təhsilin inkişafına, gənc istedadların kəşfinə və gənclər üçün peşə imkanlarının yaradılmasına xüsusi diqqət yetirən Nar Mobile mobil operatoru, noyabr ayının 13-də başlanğıcı elan olunan “İKT-3 müsabiqəsi”nə sponsor qismində qatılaraq, layihənin icrasına öz tövhəsini verdi.

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən 3-cü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.

Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə Komissiya da iştirak edəcəkdir.

Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər, həmçinin fərdi şəkildə alimlər iştirak edə bilərlər.

Korporativ sosial məsuliyyət strategiyasını əldə rəhbər tutaraq Nar Mobile, ölkədə təhsilin, elmin inkişafına, maarifləndirməyə yönələn layihələrə xüsusi önəm verir və hər il mütəmadi olaraq bu tipli layihələr həyata keçirilir.

Müsabiqə və müsabiqədə iştirak şərtləri haqda daha ətraflı məlumatı aşağıdakı İnternet ünvanlarından əldə edə bilərsiniz - https://sdf.gov.az/ .

OXŞAR XƏBƏRLƏR