‘Nar Mobile’ mobil operatoru ‘Nar Donor’ adlı sosial layihəyə başladı - FOTOLAR

‘Nar Mobile’ mobil operatoru ‘Nar Donor’ adlı sosial layihəyə başladı -  FOTOLAR
İQTİSADİYYAT
17:46 08.04.2014
2007

8-15 Aprel tarixlərində qanköçürmə aksiyaları keçiriləcək, enerji ötürən “Nar donor” kabelləri qan donorluğunu simvolizə edəcəklər.

AZXEBER.COMxəbər verir ki, hərzaman özününkorporativsosialməsuliyyətstrategiyasınasadiqqalanNarMobilemobiloperatoruAzərbaycandaqandonorluğunutəşviqetməkməqsədilə “NarDonoradlı sosiallayihəyə başladığını elanetdi. Belə ki, 8-15 aprel tarixlərində “Nar Mobile” və Mərkəzi Qan Bankı, Bakı şəhərində qanköçürmə aksiyalarını təşkil etməyi öhdələrinə götürdülər. “Android” ƏS-li smartfonlarının biri-birinə birbaşa enerji ötürmələrini təmin edən xüsusi kabellər aksiyanı simvolizə edəcəklər.

Aprelin 8-də JW Mariotte mehmanxanasında keçirilmiş mətbuat konfransında çıxış edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili bu layihənin önəmindən bəhs edərək, “Nar Mobile” mobil operatorunun korporativ sosial məsuliyyət strategiyasından danışdı və layihənin yeni ictimai fikir formalaşdıracağına ümid etdiyini bildirdi. Jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva isə respublikada qan donoruna ehtiyac duyan yüzlərlə xəstə olduğunu və bu kimi aksiyaların çox gözəl bir presedent təşkil etdiyini vurğuladı. Mətbuat konfransında iştirak edən Beynəlxalq Talassemiya Federasiyasının üzvü Nailə Quliyeva da, öz növbəsində, bu kimi xeyriyyə tədbirlərinin beynəlxalq təcrübəsindən söhbət açdı, “Nar Donor” layihəsinin talassemiya xəstələri və digər qana ehtiyacı olanların şəfa tapmalarına yönəldilmiş misilsiz bir aksiya olduğunu qeyd etdi.

Bununla yanaşı, “Enerjini paylaş, telefon xilas et – qanını paylaş, insan yaşat” şüarı altında keçiriləcək aksiyaya ictimai diqqəti cəlb etmək məqsədilə, aprelin 8-də Fəvvarələr meydanı 6 ünvanda yerləşən “Nar dünyası” mağazasının qarşısında gənclərin ifasında möhtəşəm fleşmob aksiyası da keçirildi. Qan donorluğunu təşviq etmək məqsədilə, tanınmış ictimai simalar “Nar dünyası” mağazalarına gələrək aksiyaya olan dəstəklərini ifadə etdilər. Layihə çərçivəsində “Nar Mobile” mobil operatorunun satış mərkəzlərindən “Android” smartfonu əldə etmiş bütün şəxslər telefondan telefona enerji ötürən bu simvolik kabeli əldə edə biləcəklər. Qanköçürmə aksiyaları aprelin 8-dən 15-dək Mərkəzi Qan Bankında təşkil ediləcək. 9-11 aprel tarixləri arasında isə saat 14:00-dan 18:00-dək M.Cəfərov 3 ünvanda (“Memar Əcəmi” metro stansiyasının yaxınlığında) yerləşən “Nar Dünyası“ mağazasına gələrək qan vermək mümkün olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"