Diyarbəkirdə ölü tapılan 8 yaşlı Narin Güranın meyiti Ədliyyə Tibb Qurumunda aparılan yarılmadan sonra yaxınlarına təhvil verilib.
AZXEBER.COM haberglobal-a istinadən xəbər verir ki, Narinin cənazəsi daha sonra məscidə aparılıb.
İstintaq çərçivəsində Narin Güranın anası, atası, iki böyük qardaşı, dörd dayısı və dayısının həyat yoldaşı da daxil olmaqla 24 nəfər saxlanılıb.
Qeyd edək ki, avqustun 21-də Diyarbakırda itən və dünən İftutmaz dərəsində cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümü ilə bağlı Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
Oksana