Türkiyədə vəhçicə öldürülən 12 yaşlı Narin Güranın qətli ilə bağlı hazırlanan iddianamə Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində qəbul edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk məhkəmə iclası noyabrın 7-də keçiriləcək.
Həbsdə olan əmi Səlim, ana Yüksel və böyük qardaşı Enes Güran və qonşu Nevzat Bəhtiyar üçün "iştirak halında uşağı qəsdən öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddianamə hazırlanıb.
Aysel