Narkokuryerlik edən şəxslərdən 10 kq marixuana və tiryək aşkarlandı - VİDEO

Narkokuryerlik edən şəxslərdən 10 kq marixuana və tiryək aşkarlandı - VİDEO
KRİMİNAL
12:40 15.12.2025
198
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
 
AZXEBER.COM xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR