Narkotik alverində şübhəli bilinən “Avtoş Elnur” və daha üç nəfər saxlanıldı

KRİMİNAL
11:16 24.07.2020
1483
Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotik maddələri satış məqsədi ilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun yaşadığı ünvan müəyyənləşdirilib və ona məxsus Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən hündürlüyü 160-210 sm, ümumi çəkisi isə 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən "Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyev saxlanılıb. Lakin saxlanılan zaman

E.Əliyev məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçıb. RPŞ-nin əməkdaşları tərəfindən adı çəkilən şəxs rayon ərazisində tutularaq şöbəyə gətirilib. Dindirilmə zamanı E.Əliyev narkotikləri satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.

Cavid Məmmədov da saxlanılıb və ona məxsus Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədi ilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi bir kiloqramdan artıq olan qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

X Mostbet