Narkotik istifadəçisi olan aktyor ölü tapıldı

Narkotik istifadəçisi olan aktyor ölü tapıldı
DÜNYA
11:58 27.12.2023
168
Oskar mükafatlı "Parazit” filmindəki rolu ilə tanınan Cənubi Koreyalı 48 yaşlı aktyor Li Sun Kyun ölü tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aktyor çərşənbə günü parklardan birində avtomobildə huşsuz vəziyyətdə tapılıb. 

Linin intihar edib-etmədiyi bəlli deyil, lakin polis onun qeyd vərəqi yazdıqdan sonra evi tərk etdiyini bildirib. 

Qeyd edək ki, O, oktyabr ayından bəri narkotik istifadəsi ittihamı ilə istintaqa cəlb edilib. 

Onun ölüm xəbəri internetdə kəskin reaksiyalara səbəb olub. 

Oksana
OXŞAR XƏBƏRLƏR