"Narkotik mədəniyyətimizi də məhv edir, hanı Mirkamil, Nurlan Növrəsli? "

"Narkotik mədəniyyətimizi də məhv edir, hanı Mirkamil, Nurlan Növrəsli? "
MAQAZİN
22:20 09.11.2025
583
Aktyor Kamran Yunis açıqlamaları ilə gündəm olub.

AZXEBER.COM xəbər verir ki, barometr.tv-də qonaq olan aktyor pis vərdişləri olan sənətçilərdən danışıb.

Aktyor bildirib ki, narkotik bütün sahələrə olduğu kimi, incəsənətimizə də böyük zərər verir:

"Narkotik Azərbaycanın mədəniyyətini və incəsənətini məhv edir. Hanı Mirkamil Kamilov, Nurlan Növrəsli, Şahin Növrəsli? Axı onların bizim mədəniyyətimizə böyük yararı var. Aygün Bəylər öləndən sonra dəyərli oldu, başladılar onu tərifləməyə. Axı o sağ olanda da biz onu tərifləyirdik. İnsanlara sağlığında dəyər vermək lazımdır. Çünki sənətçinin tərifə yox, diqqətə ehtiyacı var."
 
Aysel
OXŞAR XƏBƏRLƏR