Narsist insanlar sosial media aludəçisi olurlar

MARAQLI
13:31 18.03.2024
200
Araşdırmalar təəccüblü bir faktı üzə çıxarıb. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müvafiq olaraq, narsist insanlar Facebook, Instagram, TikTok və buna bənzər sosial media platformalarına aludə olurlar. 

Həyatlarının hər anını, hər təfərrüatını paylaşmağı sevən bu insanlar daima telefonla danışırlar.

Türkiyəli psixoloq Ecem Özcan Tatlıdil bildirib ki, bu gün internet istifadəsinin əksəriyyətini sosial media kanalları təşkil edir:

"Sosial media istifadəsi, O insanların ünsiyyət, oyun oynamaq, məlumat əldə etmək  kimi bir çox ehtiyaclarını qarşılayır.

İnsanlar istifadə etdikləri sosial media platformaları vasitəsilə dostları və eyni maraqları olan insanlarla gündəlik ünsiyyət imkanlarına sahib ola bilirlər. Sosiallaşmaqdan qaçıb passiv tamaşaçıya çevrilmək istəyən insanlar sosial mediaya üstünlük verdikləri liman kimi baxırlar. 

Müxtəlif ehtiyacların qarşılanması sosial medianı insanlar üçün cəlbedici edir. Sosial media platformalarını daha cəlbedici edən odur ki, bu platformalardan istifadə edən insanlar əcnəbilərlə tanış ola bilir, özlərini daha görünür etmək potensialına malikdirlər və bir növ, üz-üzə olmadığı üçün, özlərini daha yaxşı ifadə edə bilirlər” deyib.

Psixoloq Tatlıdil sosial media asılılığının müalicəsi ilə bağlı bunları qeyd edib:

"Müalicədə həm farmakoterapiya, həm də psixoterapiya üsulları tövsiyə olunur. Farmakoterapiya ilə müalicə üsulunda antidepresanlara üstünlük verilir. 
Bundan əlavə, əhval stabilizatorları - litium, gabapentin, valproat -, antidepresanların və əhval stabilizatorlarının və anksiyolitiklərin birgə istifadəsi lazımdır. Bundan əlavə, psixoterapiya ilə müalicə çərçivəsində koqnitiv-davranış terapiyası və lazım gəldikdə ailə terapiyası icra olunmalıdır”.

Oksana

OXŞAR XƏBƏRLƏR