ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi Artemida Missiyasında ekipajın Aya enişinin 2026-cı ilə qədər təxirə salındığını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, NASA-dan verilən açıqlamada kosmik gəmi ilə bağlı təhlükəsizlik narahatlığı ilə yanaşı, astronavtların kostyumları və eniş maşınlarında da problemlərin olduğu bildirilib.
Açıqlamada layihənin tarixinin dəyişdirilməsinin əsas səbəbinin ekipaj təhlükəsizliyi olduğu və komandaların bütün çətinlikləri məsuliyyət ilə idarə etdiyi vurğulanıb.
NASA Administratoru Bill Nelson açıqlamasında "Təhlükəsizlik bizim əsas prioritetimizdir" - deyə qeyd edib".
Nelson bildirib ki, bu gecikmələr Artemis komandalarına çətinlikləri aradan qaldırmaq üçün daha çox vaxt verəcək.
ABŞ Ayda daimi baza yaratmağı, Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi və oradan qiymətli metalların çıxarılmasını nəzərdə tutur.
Nəzrin